Azinfo » Siyasət » Xarici siyasət » Azərbaycan XİN Estoniyaya etiraz edib

Azərbaycan XİN Estoniyaya etiraz edib

Tarix : 20-12-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-ə etiraz edib.

Bu barədə Azərbaycan XİN rəsmi Tvitter hesabında bildirib.

“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adları ilə adlandırmasını qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, - Azərbaycan XİN bildirib.
Qeyd edək ki, Estoniya XİN Tvitter hesabında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edib.

Şərhlər: 0

Şərh yaz