Səməd Seyidov: Fransanı Korsikada insan haqlarını qorumağa çağırırıq, məsələni BMT-də qaldırmaq lazımdır
“Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri adiləşdirsin”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, təəssüflər olsun ki, Azərbaycana dərs keçmək istəyən Fransa özü bu dəyərləri öz daxilində pozur: “Fransa bu gün Korsikada tamamilə insanlığa qarşı siyasət aparır. Orada insanlar öz dillərində danışmaq istəyirlər. Buna cavab olaraq Fransa silah gücünə o insanları öldürür, polis vasitəsilə ağlasığmaz işgəncələr verir. Onlar öz siyasi opponentlərini həbsxanalarda öldürtdürürlər. Fransanın Azərbaycanda separatçı qüvvələri dəstəkləmək haqqı yoxdur. Bu gün Fransanı Korsikada insan haqlarını qorumağa çağırırıq. Bu məsələni BMT-də də qaldırmaq lazımdır. Çünki Fransa BMT TŞ-də daimi üzvdür. Artıq Azərbaycan fərqli Azərbaycandr. Biz görürdük ki, ikili standartlarla, subyektiv yanaşmalarla Azərbaycana qarşı hansı iddialar irəli sürülürdü. Bu gün isə öz ərazi bütövlüyünü bərpa etmiş, güclü, dünyaya lazım olan Azərbaycan var. Fransa bilməlidir ki, bu qeyri-qanuni addımlara öz səsimizi qaldıracağıq”.
Deputat Musa Qasımlı deyib ki, bu gün BMT TŞ-nin daimi üzvü olan Fransanın demokratiyadan, insan haqlarından danışmağa qətiyyən haqqı yoxdur: “Fransanın bütün tarixi göz yaşları, müstəmləkəçilik tarixidir. Bunlardan biri də Korsikadır. Korsikada insanlar sadəcə dil, mədəniyyət istəyirlər. Fransa beynəlxalq hüquqları və konvensiyaları pozur, Korsika xalqının hüquqlarını tanımır, eyni zamanda Ermənistanda terroru müdafiə edir. Ona görə də Fransanı bütün beynəlxalq təşkilatlarda qınamalıyıq”.
Deputat Elman Nəsirov qeyd edib ki, Fransa yenidən müstəmləkəçilik libasına bürünüb, korsikalıların səsini boğmaqdadır: “Fransanın Korsikada illərdir törətdiyi cinayətlərə görə cəzasız qalması Makronda arxayınlıq yaradıb. Fransa üçün yaxşı və pis terrorçu bölgüsü var. Qarabağda Araik Arutyunyan “yaxşı terrorçu” hesab olunur, dəstək alır, amma Korsikada isə “pis terrorçular” həbsxanalara atılır. Bu, ikili standartların ən bariz nümunəsidir. Fransa və Ermənistan liderləri bir-birinə bacı deyirlər. Belə davam etsə, beynəlxalq siyasətin tükənməkdə olan abır həyası qalmayacaq. Fransa Korsikaya qarşı tətbiq etdiyi repressiya siyasətinə son qoymalıdır. Avropa Şurası Parlament Assambleyası Korsikaya Fransanın törətdiyi cinayətləri araşdırmaq üçün faktaraşdırıcı missiya göndərməli, insanlıq əleyhinə cinayətlərə qiymət verməlidir”.

Şərhlər: 0
Şərh yaz