Azinfo » Siyasət » Xarici siyasət » Kreml: Üçtərəfli görüş olmayacaq, təkbətək danışıqlar mümkündür

Kreml: Üçtərəfli görüş olmayacaq, təkbətək danışıqlar mümkündür

Tarix : 26-12-2022   /   Siyasət / Xarici siyasət  
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


“Xeyr, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüş çərçivəsində baş tutacaq. MDB ölkələrinin liderlərinə təkbətək danışmaq imkanı veriləcək", - Kremlin sözçüsü vurğulayıb.

Şərhlər: 0

Şərh yaz