Azinfo » Siyasət » Xarici siyasət » Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirəcək

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirəcək

Tarix : 30-01-2023   /   Siyasət / Xarici siyasət  
“Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.”

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır: “Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.

Şərhlər: 0

Şərh yaz