Azinfo » Siyasət » Xarici siyasət » Şentop: “Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk”

Şentop: “Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk”

Tarix : 30-01-2023   /   Siyasət / Xarici siyasət  
“Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi önəm veririk”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Pakistan parlamenti sədrinin müavini Zahid Əkrəm Durrani ilə görüşündə deyib.

Əlcəzairdə 17-ci İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Konfransı çərçivəsində bir sıra görüşlər keçirən Şentop bu il Türkiyə-Pakistan diplomatik əlaqələrin 75-ci ilinin tamam olunduğunu qeyd edib.

Şentop diplomatik münasibətlərdə müsbət inkişafın olduğunu, əlaqələrin yaxşı inkişaf etdiyini deyib. Onun sözlərinə görə, rəsmi Ankara Pakistan-Türkiyə əlaqələri ilə yanaşı, Türkiyə-Azərbaycan-Pakistan arasındakı üçtərəfli əlaqələr mexanizminə xüsusi önəm verir.
Durrani isə öz növbəsində sel fəlakətindən sonra Türkiyənin Pakistanla yaxından maraqlanmasından məmnunluğunu ifadə edib.

Şərhlər: 0

Şərh yaz