Azinfo » Siyasət » Xarici siyasət » Səfirlik Türkiyədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşlarına müraciət edib

Səfirlik Türkiyədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşlarına müraciət edib

Tarix : 06-02-2023   /   Siyasət / Xarici siyasət  
Azərbaycanın Türkiyədəki səfirliyi güclü zəlzələdə zərər çəkmiş Türkiyə Respublikasında yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Səfirlik aşağıda qeyd olunanları nəzərə almağı Azərbaycan vətəndaşlarına tövsiyə edib:

1. Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;

2. Qarşılaşdıqları çətinliklərlə əlaqədar, yaşadıqları ərazinin səfirlik tərəfindən təyin olunmuş cavabdeh şəxsləri ilə mütəmadi olaraq əlaqə saxlamaq.

Şərhlər: 0

Şərh yaz