İbrahim Kalın Azərbaycan-Ermənistan danışıqlar prosesini Ceyk Sallivanla qiymətləndirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşübGörüşdə ikitərəfli əlaqələr müzakirə olunub.
Müzakirələr zamanı iki dövlət arasında siyasi və iqtisadi əlaqələr, Türkiyədəki zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan danışıqlar prosesi mövzuları qiymətləndirilib.
Zəlzələ zamanı ABŞ və beynəlxalq ictimaiyyətin Türkiyəyə verdiyi dəstək və göstərdikləri həmrəylik ifadə edilib.
Şərhlər: 0
Şərh yaz
