Azinfo » Siyasət » Xarici siyasət » Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Tarix : 28-03-2023   /   Siyasət / Xarici siyasət  
27 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub

XİN-dən  bildirilib ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

Şərhlər: 0

Şərh yaz