Azinfo » Xəbər » Dini xəbərlər » Ramazan ayının başlama vaxtı açıqlanıb

Ramazan ayının başlama vaxtı açıqlanıb

Tarix : 25-03-2022   /   Xəbər / Dini xəbərlər  
Aprelin 2-si Ramazan ayının ilk günüdür.

Azinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev açıqlanmasında deyib.

O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.
"Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək.

Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir" - o qeyd edib.

QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.

Şərhlər: 0

Şərh yaz