Azinfo » Xəbər » Dini xəbərlər » Bu gün Azərbaycanda Ramazan bayramıdır

Bu gün Azərbaycanda Ramazan bayramıdır

Tarix : 02-05-2022   /   Xəbər / Dini xəbərlər  
Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.

Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.

Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramıdır.
Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.
Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bayram namazlarının ənənəvi qaydada qılınması məhdudlaşdırılmışdı. Bu il isə Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq.

Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

Şərhlər: 0

Şərh yaz