Bakıda bazarda bıçaqlanma olub

Bakıda bazarda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Nizami rayonu "8-ci km bazarı" adlanan bazarda qeydə alınıb.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Sərdar Soltanov aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Vahabzadəni bıçaqlayıb.
Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Şərhlər: 0
Şərh yaz
