Azinfo » Xəbər » Hadisə » Vilayət Eyvazov Salyanda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Salyanda vətəndaşları qəbul edəcək

Tarix : 28-04-2023   /   Xəbər / Hadisə  
Daxili işlər naziri Vilayət Eyvazov Salyanda vətəndaşları qəbul edəcək.

DİN-in mətbuat xidmətindən  verilən xəbərə görə, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.05.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Şərhlər: 0

Şərh yaz