Bakıda güclü külək 35 ağacı sındırıb

İndiyə qədər güclü külək nəticəsində paytaxtın müxtəlif rayonlarında 35 ağac sınıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Sınan ağaclar əsasən qovaq ağaclarıdır və ağaclar ərazidən təmizlənir. Küləyin budaqlarını sındırdığı ağacların isə budanması təmin olunur.
Şərhlər: 0
Şərh yaz
