Azinfo » Xəbər » Hadisə » Toy karvanında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub

Toy karvanında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub

Tarix : 03-11-2024   /   Xəbər / Hadisə  


Bakıdan Masallıya toy karvanında iştirak etmək üçün gələn sürücü Şıxəliyev Rəhman Rafiq oğlu, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətlərinə yol verib və yolda digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi Yol Patrul Xidməti əməkdaşları tərəfindən sürücünün kimliyi müəyyən edilərək məsuliyyətə cəlb olunub. Şıxəliyev Rəhman Rafiq oğlu haqqında hazırlanmış materiallar Masallı Rayon Məhkəməsinə təqdim edilib və məhkəmə qərarı ilə onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmış, eləcə də 15 sutka müddətində inzibati həbs cəzası verilib.



Şərhlər: 0

Şərh yaz