Azinfo » Xəbər » Hadisə » Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən qadının meyiti tapılıb

Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən qadının meyiti tapılıb

Tarix : 05-04-2022   /   Xəbər / Hadisə  

Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən Səlminaz Rüstəmovanın meyiti tapılıb.
Bu barədə onun yaxınları məlumat verib.

1971-ci il təvəllüdlü S.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Şabran rayonu ərazisindən keçən kanalda aşkar edilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, S.Rüstəmova yanvarın 4-də özünü Samur-Abşeron kanalına atıb.

Onun atası da uzun illər əvvəl özünü eyni kanala ataraq intihar edib.

Şərhlər: 0

Şərh yaz