Azinfo » Xəbər » Hadisə » Bakıda mağaza və anbarda yanğın söndürülüb - YENİLƏNİB

Bakıda mağaza və anbarda yanğın söndürülüb - YENİLƏNİB

Tarix : 25-03-2022   /   Xəbər / Hadisə  

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azinfo xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Azinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Şərhlər: 0

Şərh yaz