Azinfo » Xəbər » Hadisə » Şəmkirdə yanğın zamanı bir nəfər ölüb

Şəmkirdə yanğın zamanı bir nəfər ölüb

Tarix : 05-04-2022   /   Xəbər / Hadisə  

Şəmkirdə yanğın baş verib.

Hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.

Kənd sakini Cəmilə Məmmədovaya məxsus evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı hadisə yerində ev sahibinin meyti aşkarlanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Şərhlər: 0

Şərh yaz