İsmayıllıda 6 otaqlı ev yanıb

Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllıda baş verən yanğın barədə məlumat yayıb.
FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Qoşakənd kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 15 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 48 m² olan talvarın altına yığılan 3 ton ot bağlamasının 60 kiloqramı yanıb.
Ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər: 0
Şərh yaz
