Bakıda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.
Qəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Şahmar Fətullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Bu zaman avtomobil yolayrıcında işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.
Sərnişin 1995-ci il təvəllüdlü Gözəlov Ramin Rəhim oğlu və sürücü Ş.Fətullayev ağır bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
