Azinfo » Xəbər » Hadisə » Göyçayda avtomobil sexlərindən 25 min manatlıq oğurluq edilib

Göyçayda avtomobil sexlərindən 25 min manatlıq oğurluq edilib

Tarix : 26-03-2022   /   Xəbər / Hadisə  

Göyçayda avtomobil sexlərindən oğurluq edilib.

Azinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə istinadən bildirir ki, Rayon Polis Şöbəsinə Çayarxı kəndin ərazisində yerləşən avtomobillərin təmiri sexində “Volvo” markalı bir yük avtomobilinin 5.000 manat dəyərində, “Zoomlion” markalı digər avtomobilin 10.000 manat dəyərində mühərrik hissələrinin, şəhər ərazisindəki MMC-lərin birindən isə 10.000 manat dəyərində metal qırıntıları və elektrik avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Həsənov, E.Eminov və A.Vəliyev müəyyən edilərək saxlanılmışlar.


Araşdırma davam etdirilirr.

Şərhlər: 0

Şərh yaz