Azinfo » Xəbər » Hadisə » Bakı Sumqayıt şossesində qəza zamanı iki nəfər xəsarət alıb

Bakı Sumqayıt şossesində qəza zamanı iki nəfər xəsarət alıb

Tarix : 14-04-2022   /   Xəbər / Hadisə  
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsi nasaz olduğu üçün təhlüləsizlik qaydalarına əməl edərək yol kənarında dayanıb.

Bu zaman “Hyundai” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib.

Nəticədə minik maşını yük avtomobilinə çırpılıb.

Qəza zamanı minik avtomobilinin sürücüsü və sərnişini ağır bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı Bakı-Sumqayıt şossesində tıxac yaranıb.

Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.

Şərhlər: 0

Şərh yaz