Azinfo » Xəbər » Hadisə » Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb

Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb

Tarix : 18-04-2022   /   Xəbər / Hadisə  

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Hadisə Ayaz İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçədə “AzSamand” markalı avtomobilin sürücüsü qəfil manevr edərək əks yola çıxıb.
Bu zaman “Mercedes” markalı avtomobil “AzSamand”-a çırpılıb.
Qəza nəticəsində “AzSamand” markalı nəqliyyat vasitəsində olan bir nəfər xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz