Ağstafada minik maşını aşıb, sürücü xəsarət alıb
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.Azinfo.az APA-nın yerli bürosunun məlumatına istinadən bildirir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşının sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq əvvəlcə yol kənarındakı hasara dəyərək aşıb.
Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Azər Yusibov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
Şərhlər: 0
Şərh yaz
