Gəncədə çay sahilinə yıxılan qadın xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində Gəncə çayının sahilində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Ağayeva Nailə Sabir qızı ehtiyatsızlıqdan dərinliyi təqribən 3 m olan çay sahilinə yıxılıb və xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə Nailə Ağayevanı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Şərhlər: 0
Şərh yaz
