Azinfo » Xəbər » Hadisə » Küləkli havaya görə 2 nəfər xəsarət alıb

Küləkli havaya görə 2 nəfər xəsarət alıb

Tarix : 21-04-2022   /   Xəbər / Hadisə  

Bakıda əsən güclü külək səbəbindən xəsarət alan 2 nəfər (kişi) təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

KTM-in Mətbuat xidmətindən  verilən məlumata görə, Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü şəxs Sahil qəsəbəsində yerləşən iş yerində olarkən xəsarət alıb. Belə ki, güclü külək səbəbindən darvaza onun üzərinə aşıb. Diaqnozu on ikinci döş, birinci bel fəqərələrinin zədələnməsi olub. Dərhal KT olunub, ilkin tibbi yardım göstərilib və bir müddət sonra ambulator müalicəyə buraxılıb.

Digər xəsarət alan, Lökbatan qəsəbə sakini 1962-ci il təvəllüdlü şəxs TIR sürücüsüdür. Özünün dediyinə görə, TIR-ın qapısını açarkən güclü külək qapını əlindən alıb, o, yıxılaraq xəsarət alıb. Hadisə nəticəsində kəllə-beyin travması alan şəxs hazırda Mərkəzin Neyrotravma şöbəsinə yerləşdirilib və müalicəsinə davam edilir.

Şərhlər: 0

Şərh yaz