Azinfo » Xəbər » Hadisə » Bakıda məktəbin damında yaranan təhlükəli vəziyyət aradan qaldırılıb

Bakıda məktəbin damında yaranan təhlükəli vəziyyət aradan qaldırılıb

Tarix : 21-04-2022   /   Xəbər / Hadisə  

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda üçmərtəbəli orta məktəb binasının damında metal vərəqənin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən  verilən xəbərə görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Şərhlər: 0

Şərh yaz