Gəncədə kişi arvadına bıçaq və çəkiclə xəsarətlər yetirib

Gəncədə qadına əri tərəfindən xəsarət yetirilməsi faktı qeydə alınıb.
Səhər sakini 1969-cu il təvəllüdlü A.Qəhrəmanova başından bıçaq və çəkiclə aldığı kəsilmiş-deşilmiş yara xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, qadına həyat yoldaşı, 1970-ci il təvəllüdlü X.Qəhrəmanov bıçaq və çəkiclə xəsarət yetirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
