Azinfo » Xəbər » Hadisə » Sabirabadda 2 ay əvvəl itkin düşmüş kişinin meyiti kanaldan tapılıb

Sabirabadda 2 ay əvvəl itkin düşmüş kişinin meyiti kanaldan tapılıb

Tarix : 27-03-2022   /   Xəbər / Hadisə  

Sabirabad rayonunun Suqovuşan kəndində kişi meyiti tapılıb.

Mil-Muğan bürosunun xəbərinə görə, həmin şəxsin Sabirabad rayonunun Əsədli kənd sakini, 1958-ci il təvəllüdlü Əsgərov Əsəd Gülmirzə oğlu olduğu müəyyən edilib.

Qeyd edilir ki, həmin şəxs 2022-ci il yanvar ayının 28-dən itkin düşüb.
Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz