İlqar İsmayılovun şikayəti təmin olunmayıb
Bakı Apellyasiya Məhkəməsində "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun şikayəti ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.Hakim Cavid Hüseynin sədrlik etdiyi iclasda elan olunmuş qərara əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.
Təqsirləndirlilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Təqsirləndirlilən şəxs hökmdən narazı qalaraq apellyasiya şikayəti vermişdi.
Şərhlər: 0
Şərh yaz
