Cəlilabada keçmiş məhkum tanışını baltalayıb
Cəlilabada kişi tanışını baltalayıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Şərhlər: 0
Şərh yaz
