Azinfo » Xəbər » Hadisə » FHN: Sumqayıtda yanğın söndürülüb

FHN: Sumqayıtda yanğın söndürülüb

Tarix : 29-04-2022   /   Xəbər / Hadisə  
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb. FHN-dən verilən xəbərə görə, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Şərhlər: 0

Şərh yaz