Azinfo » Xəbər » Hadisə » Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Tarix : 29-04-2022   /   Xəbər / Hadisə  
28 aprel 2022-ci il tarixdə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokurorun müavinlərinin, mərkəzi aparatın idarə, şöbə rəislərinin, həmçinin Bakı şəhər prokurorluğunun rəhbər işçilərinin və tabe rayon prokurorlarının iştirakı ilə şəhər prokuroru vəzifəsinə təyin olunmuş Elşən Abbasovun kollektivə təqdim edilməsi münasibətilə geniş əməliyyat müşavirəsi keçirilib.

Baç Prokurorluqdan verilən məlumata görə, əməliyyat müşavirəsində çıxış edən Kamran Əliyev ölkə Prezidentinin hərtərəfli düşünülmüş dövlət idarəçiliyi, səriştəli daxili və xarici siyasəti, müvəffəqiyyətlə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə tərəqqi və inkişafa nail olunduğunu bildirərək, prokurorluq orqanlarının üzərinə qoyulan vəzifələrin də uğurla icra edildiyini qeyd edib.

Şərhlər: 0

Şərh yaz