Azinfo » Xəbər » Hadisə » Baş Prokurorluq minaya düşən traktorla bağlı məlumat yayıb

Baş Prokurorluq minaya düşən traktorla bağlı məlumat yayıb

Tarix : 27-03-2022   /   Xəbər / Hadisə  

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdamda minaya düşən buldozerlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz