Azinfo » Xəbər » Hadisə » Həbsdə olan qadına narkotik ötürülməsinin qarşısı alınıb

Həbsdə olan qadına narkotik ötürülməsinin qarşısı alınıb

Tarix : 28-03-2022   /   Xəbər / Hadisə  

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Azinfo.az Xidmətdən APA-ya verilən xəbərə istinadən bildirir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elazə Şahin qızı Mustafayevaya qohumu Lənkəran rayon sakini Murad Famil oğlu Həbibov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan cins şalvarın bel hissəsinə xüsusi üsulla tikilərək gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,226 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz