Azinfo » Xəbər » Hadisə » Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

Tarix : 06-05-2022   /   Xəbər / Hadisə  
Bakının Səbail rayonunda bıçaqlanma baş verib.

Hadisə 20-ci sahə kimi tanınan ərazidə baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Həbiyev Kamran Zaur oğlu rayonların birindən Bakıya gələrək Azər adlı şəxslə əlbəyaxa dava edib.
Dava zamanı o bıçaqlanıb.

O, ürək, ciyər və çiynindən bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Hadisəni törədən şəxsin axtarışları davam edir.

Şərhlər: 0

Şərh yaz