Azinfo » Xəbər » Hadisə » Füzuli Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı xidməti otağında döyülüb

Füzuli Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı xidməti otağında döyülüb

Tarix : 06-05-2022   /   Xəbər / Hadisə  
Füzuli Mərkəzi Rayon Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əliyev Vüqar Abbasəli oğlu döyülüb.
Bu barədə  Vüqar Əliyev özü məlumat verib.

O bildirib ki, ötən gün saat 16 radələrində, Füzuli rayon sakinləri Orxan Əliyev, atası Oktay Əliyev və yaxın qohumları xidməti otağına gələrək onu təhqir edib, naməlum səbəbdən fiziki xəsarətlər yetirərək döyüblər: " Oktay Əliyev bizim xəstəxanada feldşer kimi çalışıb, lakin yaş həddi ilə bağlı onun əmək müqaviləsinə xitam verilib. Buna etiraz edərək övladı Orxan Əliyev və yaxın qohumları ilə birlikdə məni döyərək xəsarət yetiriblər".

Şərhlər: 0

Şərh yaz