Azinfo » Xəbər » Hadisə » İrandan narkotik və psixotrop maddələr gətirən şəxs saxlanılıb

İrandan narkotik və psixotrop maddələr gətirən şəxs saxlanılıb

Tarix : 07-05-2022   /   Xəbər / Hadisə  
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən əl yükü rentgen yoxlama qurğusunda yoxlanılıb və şübhəli cizgilər müşahidə olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən  verilən xəbərə görə, vətəndaş şifahi sorğu-sual zamanı üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, dərman və psixotrop maddələrin olmadığını bildirib. Yoxlama zamanı idman çantasının içərisində 30 kapsul “Qabapentin”, 20 ədəd “Alprazolam”, 30 kapsul “Pregabalin”, 38 ədəd üzərində “ddp/M20” nişanəsi olan “Metadon” adlı həblər, 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində isə plastik qabda- 210 ml həcmində maye halında “Metadon” aşkarlanıb.

Şərhlər: 0

Şərh yaz