Azinfo » Xəbər » Hadisə » Bakıda binada yanğın olub, 1 nəfər halsız vəziyyətdə aşkarlanıb

Bakıda binada yanğın olub, 1 nəfər halsız vəziyyətdə aşkarlanıb

Tarix : 08-05-2022   /   Xəbər / Hadisə  
Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin mətbəxində paltaryuyan maşın, qaz sobası və mebel 1 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytının  verdiyi xəbərə görə, yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər halsız vəziyyətdə yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər: 0

Şərh yaz