Azinfo » Xəbər » Hadisə » Yevlaxda şirkətdən oğurluq edilib

Yevlaxda şirkətdən oğurluq edilib

Tarix : 09-05-2022   /   Xəbər / Hadisə  
Yevlaxda şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, rayon polis şöbəsinə Aran qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus avtomatik suvarma sistemlərinin 102 ədəd çiləyicisi, 2 ədəd tənzimləyicisi, 6 ədəd kontaktoru, 60 metr naqili və 4 ədəd birləşdiricisinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Təbriz Əlizadə müəyyən edilərək saxlanılıb.

Şərhlər: 0

Şərh yaz