Azinfo » Xəbər » Hadisə » Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub

Tarix : 10-05-2022   /   Xəbər / Hadisə  
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Vəliyev Vasif Mətləb oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz