Göyçayda ev yanıb
Göyçay rayonunda fərdi yaşayış evi yanıb.Bu gün axşam saatlarında Göyçay rayonunun Cəyirli kənd sakini, 1990-cı il təvəllüdlü Ömərli Orxan Elxan oğluna məxsus ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evdə yanğın baş verib.
Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin 105 kvadratmetrlik tavan hissəsi və 35 kvadratmetrlik çardaq hissəsi yanıb.
Alovun qarşısı alınıb, yanğın söndürülüb.
Şərhlər: 0
Şərh yaz
