Azinfo » Xəbər » Hadisə » Ağdam sakini hərbi sursat partlaması nəticəsində ölüb

Ağdam sakini hərbi sursat partlaması nəticəsində ölüb

Tarix : 12-05-2022   /   Xəbər / Hadisə  
Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan  verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib.

Şərhlər: 0

Şərh yaz