Azinfo » Xəbər » Hadisə » Bakıda kürəkən özündən 9 yaş böyük qayınatasını öldürüb

Bakıda kürəkən özündən 9 yaş böyük qayınatasını öldürüb

Tarix : 18-05-2022   /   Xəbər / Hadisə  
Bakıda kürəkən qayınatasını qətlə yetirib.

Hadisə Sabunçu rayonu Ramanı qəsəbəsi "Şuşa şəhərciyi"ndə qeydə alınıb.

1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bıçaq zərbələri ilə qətlə yetirib.
Taleh Heydərov hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər: 0

Şərh yaz