Azinfo » Xəbər » Hadisə » Nazirlik: İcra məmuru ilə bağlı baş vermiş mübahisə üzrə araşdırma aparılır

Nazirlik: İcra məmuru ilə bağlı baş vermiş mübahisə üzrə araşdırma aparılır

Tarix : 19-05-2022   /   Xəbər / Hadisə  
Ədliyyə Nazirliyinin İcra baş idarəsi icra məmurunun vəkili döyməsi barədə sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

Ədliyyə Nazirliyindən  qeyd olunub ki, mayın 18-də bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərviz Quliyevin vəkil kimi təqdim olunan Ülkər Hüseynbəylini döyməsi barədə məlumat yayılıb.

Bildirilir ki, Ü.Hüseynbəylinin Vəkillər Kollegiyasının üzvü olması bu qurum tərəfindən təkzib olunub: "İcra məmurunun xidməti fəaliyyəti ilə bağlı olmayan baş vermiş mübahisə üzrə isə araşdırma aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Şərhlər: 0

Şərh yaz