Azinfo » Xəbər » Hadisə » Goranboyda piyadanı maşın vurub

Goranboyda piyadanı maşın vurub

Tarix : 29-03-2022   /   Xəbər / Hadisə  

Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Təhlə kəndindən keçən hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Rəhman Məhərrəmovu avtomobil vurub.

Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz