Azinfo » Xəbər » Hadisə » Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza törədib

Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza törədib

Tarix : 29-03-2022   /   Xəbər / Hadisə  
Bakının Səbail rayonunda yol qəzası baş verib.

Qəza Murtuza Muxtarov və Vidadi küçələrinin kəsişməsində qeydə alınıb.
“Nissan” markalı avtomobili idarə edən şəxs “Stop” nişanına məhəl qoymaraq yol ayrıcına daxil olub.
Bu zaman əsas yolda hərəkətdə olan “Mercedes” markalı avtomobil “Nissan”-la toqquşub.
Zərbənin gücündən avtomobillər yol kənarındakı tikiliyə çırpılıb.
İaşə obyektinin qarşısında olan tikinti dağılıb.

“Nissan” markalı nəqliyyat vasitəsində olan bir nəfər xəsarət alıb.
Fakt araşdırılır.




























Şərhlər: 0

Şərh yaz