Azinfo » Xəbər » Hadisə » Qaxda ikimərtəbəli evdə yanğın olub

Qaxda ikimərtəbəli evdə yanğın olub

Tarix : 22-05-2022   /   Xəbər / Hadisə  
Qax şəhərində ümumi sahəsi 338 m² (hər mərtəbəsi 169 m²) olan ikimərtəbəli 6 otaq və mansardadan ibarət evin ikinci mərtəbəsində 3 otağın tavanı və mansardasının döşəməsi 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər: 0

Şərh yaz