Azinfo » Xəbər » Hadisə » Ucarda maşın piyadanı vurub, vəziyyəti ağırdır

Ucarda maşın piyadanı vurub, vəziyyəti ağırdır

Tarix : 22-05-2022   /   Xəbər / Hadisə  
Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

"FORD" markalı maşın yolu keçmək istəyən piyada, hələlik şəxsiyyəti məlum olmayan 30-35 yaşlı kişini vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz