Azinfo » Xəbər » Hadisə » Bakıda mənzildən 62 min dollar oğurlanıb

Bakıda mənzildən 62 min dollar oğurlanıb

Tarix : 23-05-2022   /   Xəbər / Hadisə  
Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz