Azinfo » Xəbər » Hadisə » Beyləqanda keçmiş məhkumdan beşbarmaq götürülüb

Beyləqanda keçmiş məhkumdan beşbarmaq götürülüb

Tarix : 23-05-2022   /   Xəbər / Hadisə  
Beyləqanda keçmiş məhkum saxlanılıb.

DİN-dən  verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib.

Bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açıb və görülmüş tədbirlərlə o, saxlanılıb.

Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz